21-04-2016 [11:27]
Həmişə hardasa qayğısız bir körpə şəkli görəndə üzümüz gülür, kefimiz açılır.Lakin həyat həmişə onların üzünə gülmür. Həyatın xoş üzü olduğu qədər, sərt və acımasızlıqlarla dolu üzü də var.
Fikirləşin: ailənizlə birlikdə yaşayırsınız və çox bəxtəvərsiniz. Lakin qəflətən bir müharibə olur və siz bütün ailənizin çox çarəsiz şəkildə gözlərinizin önündə necə acımasızca öldürülməsini izləyirsiniz. Bu daha böyük acıdır. Çünki sən bütün ailə nümayəndələrinin acımasızca olan ölümünü öz gözlərinlə görürsən. Onların çarəsiz fəryadlarını öz qulağınla eşidirsən. Mənə elə gəlir ki, bu acını dünyada heç bir dərd əvəz edə bilməz...
Psixoloqlar deyirlər ki, ailə nümayəndələri arasında baş verən kiçik bir münaqişə belə uşağın psixologiyasına ciddi təsir edir.
Müqayisə edin: Kiçik münaqişə belə bir uşağın psixologiyasına mənfi təsir göstərirsə, öz ailəsinin gözləri onündə ölümlərini seyr etmək necə təsir edər? Bunu tarif eləmək belə mümkün deyil. Məncə o hissi yaşamayan, müharibə şəraitini görməyən heç bir insan onların nə hisslər keçirdiklərini hiss edə bilməz.
Bildiyimiz kimi tarix boyu Azərbaycanımızın başından bir çox müharibələr keçmişdir. Bunlardan biri bəşər tarixində heç bir vəhşiliklə müqayisəsi belə mümkün olmayan Xocalı faciəsidir. Xocalı faciəsində ermənilər insan ağlına sığmayacaq qəddarlıqlar etmişlər. Onlar qocalara, qadınlara, uşaqlara əhəmiyyət vermədən çox irimiqyaslı cinayətlər törətmişlər .Hətta ermənilərin içində qəddarlıq toxumu o qədər böyümüşdü ki, onlar körpələrin öz analarının gözləri qabağında daxili orqanlarını çıxarırdılar. Onların torətdikləri cinayətlər yetkin bir insanın belə görərkən tüklərini ürpəndirən cinayətlərdir.
Dünyada isə müharibə şəraitində olan ölkələrdən Yəmən, Suriya, Əfqanıstan, Liviya və s misal göstərmək olar.
Müharibə uşaqların gözü ilə...Bu mövzü ilə bağlı o qədər faktlar sadalamaq olar ki,...
2013-cü ildə Suriyaya gedən jurnalistlər 7 yaşlı bir uşağın şəklini çəkərkən uşaq fotoaparatı silah zənn edərək əllərini yuxarı qaldırmışdır. 2014-cü ildə isə Yəmənə gedən jurnalistlər 12 yaşlı Səid adlı uşaqdan müsahibə alarkan o, bu sözləri demişdir: ”Bəzən mən boş divara o qədər diqqətlə baxıram ki, zənn edirəm bu dəqiqə divarda məni bu həyatdan qurtaracaq bir keçid yaranacaq və mən qurtulacam”.
Biz hər dəfə sosial şəbəkələrdə və yaxud televiziya xəbərlərində müharibə haqqında məlumatlar eşidirik. Lakin bunlar müharibənin əsl üzü yox,sadəcə görüntüsüdür.
Müharibədə yaşayan uşaqlar neçə ildir ki,təhsil ala bilmirlər.Onların oyuncaqları yoxdur. Onların qida ehtiyatları yoxdur. Onların üşüyərkən bürünməli yorğanları yoxdur. Onlar hər gün atılan bir güllənin ailələrinə dəymə qorxusu ilə yaşayırlar. Səhərlərini top-tüfəng səsi ilə açırlar. Onlar hər gün müharibənin bitəcəyini xəyal edərək yuxuya gedirlər. Lakin hər gün şirin xəyalları param-parça olur.
Bunlar mənim "Müharibə uşaqların gözü ilə” mövzusuna aid fikirlərim idi. Arzu edirəm birgün bütün müharibələr qurtarar və bütün uşaqlar qayğısız dünyaya qovuşub xoşbəxt olarlar.
Şahanə Paşazadə
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi