Prezident “Lisenziyalar və icazələr haqqında” qanunu təsdiq etdi

img

21-04-2016 [10:09]


Azərbaycan Prezidenti İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa (həmin Qanunun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qanunun tətbiqi ilə bağlı digər dövlət qurumlarına da müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA