21-04-2016 [10:01]
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişin bağlanıb.
Sazişə əsasən, tərəflər iqtisadi siyasət sahəsində istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadəsi üçün təsirli tədbirlər görmək, korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək, yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görmək, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq, Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görmək, idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək barədə öhdəlik götürüblər.
Tərəflər əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi sayəsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsi məqsədi ilə tədbirlər görmək, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etməyi zəruri sayıblar.
Tərəflərin əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları sahəsində götürdüyü öhdəliklər sırasında Azərbaycanda mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Məşğulluq Konsepsiyasının layihəsini hazırlamaq,ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq,məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən icbari sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək, işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək, mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək, Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş "Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında" 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq, peşə ixtisasları üzrə standartların beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmasını davam etdirmək yer alıb.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi