AXCP kütləvi etiraz aksiyaları keçirmək barədə qərar qəbul etdi

img

29-03-2010 [04:13]


Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin iclası keçirilib. İclasda bir sıra qərarlar qəbul olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib ki, iclasda geniş koalisiyalı seçki blokunun yaradılması istiqamətində danışıqların davam etdirilməsi qərara alınıb. N.Məmmədli kütləvi etiraz aksiyaları ilə bağlı qərar verdiklərini də qeyd edib. Onun sözlərinə görə, texniki məsələlərin həlli ilə bağlı müvafiq strukturlara tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA