AMEA-da yeni direktor seçkiləri - Rəyasət Heyətindən qərar

img

21-04-2016 [09:49]


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 20-də keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə əlaqədar olub.

Bu barədə Mia.az-a AMEA-dan məlumat verilib.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.

Bundan sonra AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib:

"Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq".

Məlumatda qeyd edilib ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA