20-04-2016 [18:50]
Azərbaycan prezidentinin Administrasiyası tezliklə Dağlıq Qarabağ münaqişəsnə dair intensiv danışıqların başlayacağını bəyan edib. Hələlik danışıqların tezliklə başlayacağını, prezidentlərin görüşünün baş tuta biləcəyini İrəvanda təsdiq etmirlər.
Bununla belə "Kommersant” qəzeti yazır ki, Kreml doğrudan da mümkün qədər qısa zamanda tərəfləri danışıqlar masası arxasına oturtmağa çalışır və Qarabağ münaqişəsinin nizamlanmasına "olduqca mühüm” əhəmiyyət verir.
Qəzet Rusiya prezidenti Vladimir Putinin tərəfləri hərbi əməliyyatların dayandırılmasına inandırdıqdan sonra postsovet məkanının bu ən mürəkkəb münaqişəsinin uzunmüddətli həllinin tapılması üçün sülh prosesini bərpa etmək fikrində qətidir.
Kremldəki yüksək rütbəli mənbə qəzetə bildirib: "Moskvada Qarabağ münaqişəsinin nizamlanmasına fövqəladə mühüm əhəmiyyət verirlər. Biz bütün zəruri diplomatik mexanizmləri işə salmışıq ki, tərəfləri ən yaxın zamanda danışıqlar masası arxasına keçməyə razı salaq”.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə deyib ki, əgər danışıqlar başlayacaqsa, ancaq 2011-ci ildə təqdim edilmiş Kazan sənədi əsasında başlaya bilər. Söhbət münaqişənin nizamlanması üçün prezidentlərə təqdim edilən "yol xəritəsindən” gedir.
"Həmin sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonlarının, qismən Füzuli və Ağdam rayonlarının, üstəgəl Laçın rayonunun 13 kəndinin boşaldılmasından, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin yaradılmasından gedir. Planın əsas məhək daşı isə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsidir. Bir şərtlə ki, qaçqınların qayıtması problemi həllini tapsın. Lakin 2011-ci ildə Azərbaycan və Ermənistan liderləri son anda bu planı razılaşdıra bilmədilər”-qəzet yazır.
Ermənistan hökumətindəki yüksək rütbəli mənbə isə "Kommersant”ı əmin edib ki, Dağlıq Qarabağın müstəqilliyi tələbindən geri çəkilsələr, onları dərhal devirəcəklər:
"Erməni tərəfi əvvəl Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların müzakirəsinə geri qayıtmağa hazırdır. Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən ona görə zəbt edilib ki, sonra onları Dağlıq Qarabağın tanınmasının və fikizi təhlükəsizlik təminatının əvəzində geri qaytaraq. İndiki şərtlərdə rayonları qaytarsaq, onlar Qarabağ əhalisini öldürəcəklər. Heç bir hakimiyyət, nə burada, nə Qarabağda başqa cür hərəkət edə bilməz. Ultimatumdan imtina edən kimi, onu iki saata devirəcəklər. Biz heç vaxt əsas tələbdən-Qarabağın müstəqilliyinin tanınmasından imtina etməyəcəyik”.
Moskvadakı Karnergi fondunun eksperti Aleksey Malaşenko isə hesab edir ki, Moskvanın Qarabağ məsələsində fəallaşması yeni geosiyasi dividendlər əldə etmək məqsədi daşımır, sadəcə olaraq göstərdiyi vasitəçilik səylərinin iflasa uğramasından və son hərbi əməliyyatlara qəfil yaxalanandan sonra sifətini qoruyub saxlamaq istəyir. Onun fikrincə Putini fəal hərəkətlərə keçməyə məcbur edən Azərbaycan və Ermənistanla eyni vaxtda mürəkkəb münasibətlərdir.
"Rusiyanın məqsədi Ermənistanda imicini qorumaq, Azərbaycanın isə əldən çıxıb Qərbin təsiri altına düşməsinə imkan verməməkdir”-ekspert deyir.
Beləliklə, görünən odur ki, Putinin vasitəçiliyi ilə danışıqlar başlasa belə Ermənistandakı rejim öz maksimalist tələbindən-Dağlıq Qarabağın müstəqilliyi şərtindən geri çəkilmək niyyəti ortaya qoymayacaq. Nəticədə danışıqların nəticəsiz qalacağı bəribaşdan aydındır. Ən uzağı bu danışıqlar münaqişə ətrafında gərginliyin müvəqqəti olaraq səngiməsinə səbəb olacaq...
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi