Hacıbala Abutalıbov prezident və xanımına məlumat verdi

img

20-04-2016 [14:18]


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı İlham Əliyevə məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib.

Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA