Orta məktəblərdə dərslər nə vaxt başa çatır?- Təhsil Nazirliyi

img

20-04-2016 [12:44]


Azərbaycan Təhsil Nazirliyi bu il orta məktəblərdə tədrisin iyunun 14-də deyil, daha tez – mayın 31-də başa çatacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Trend-ə bildirilib ki, ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Qeyd edək ki, ötən tədris ilində orta məktəblərdə tədris mayın 31-də başa çatsa da, bu dərs ilindən tədrisin iyunun 14-də bitməsi barədə qərar verilib.

Bəzi məktəblərdə isə valideynlərə bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də fənlər üzrə proqramların tədrisi mayın sonunda yekunlaşacaq. Ona görə də dərslər iyunun 14-dən də tez bitə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA