Şəhid pilot “Azərbaycan Bayrağı”na layiq görüldü

img

20-04-2016 [11:28]


Ordenlə təltif edilənlərin içərisində cəbhədə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan pilotlardan biri, mayor Urfan Vəlizadə də var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

Şəhidin qardaşı Vidadi Vəlizadənin verdiyi məlumata görə, şəhid olan pilotlardan biri, mayor Urfan Vəlizadə "Azərbaycan Bayrağı”na layiq görülüb.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA