20-04-2016 [00:07]
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bir-birinin ardınca həm Türkiyə, həm də Azərbaycan haqqında dediyi təhdidlər qıcıq doğurmaqdadır
Hər zaman qeyri-ciddi bəyanatları ilə gündəmə gələn Jirinovski bu dəfə Ermənistan və Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu deyib.
Başqa bir müsahibəsində isə Azərbaycan və Türkiyənin ittifaq yaratmasının təhlükəli olduğunu qeyd edib, yenidən Türkiyənin "parçalanma ssenarisi"ndən söz açıb: "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb, ermənilərə vermək lazımdır, Ermənistan bu ərazilərlə birləşməlidir”.
Mətbuatda, sosial şəbəkələrdə Jrinovskinin bu açıqlamaları sərsəmləmə kimi qeyd olunsa da, bəzi ekspertlər onun bütün açıqlamalarının əslində birbaşa Kremlin sifarişi olduğunu, bu bəyanatların arxasında Rusiyanın gələcək planlarının anonsunun dayandığını bildirirlər.
Xatırladaq ki, iki il öncə Jirinovski sərsəmləmə bəyanatlarla çıxış etdiyi üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun qulağını kəsəcəyini demişdi. Partiya sədrinin bu təhdidi dünya mətbuatında gündəmə çevrilmişdi. Rusiya, Türkiyə, Ermənistan və digər ölkələrin mətbuat orqanları H.Hacıyevin bu təhdidini manşetdən vermişdi.
Lakin elə həmin ilin sentyabrında Jirinovski Azərbaycana səfər etdi, Milli Məclisdə görüş keçirdi. Azərbaycanda olarkən fərqli mövqe nümayiş etdirən Jrinovski sonradan öz ampluasına qayıdaraq, Azərbaycan və Türkiyə barəsində xoşagəlməz açıqlamalar verməyə başladı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə suallarımızı cavablandırdı: "Jirinovski ağlı özündə olmayan, özünü idarə edən bilməyən adamdır. Bilirsiz ki, anasını bizim türklər alıb boşayıb, onda görə də həmin qisası bizdən almaq istəyir. Çox təəssüf ki, bizim 5-ci kalonun bəzi nümayəndələri, Putindən orden, medallar alanlar zamanında onu guya ki, bizim acığımıza Bakıya dəvət etdilər. Hansı ki, mən o ərəfədə demişdim ki, onun qulağını kəsəcəm. Yenə də bizim bu fikrimiz qüvvədə qalır. Bizim acığımıza onu Bakıya dəvət edəndə cəhd etmişdim ki, onunla görüşüm. Lakin məndən ən yüksək dairədən xahiş etdilər ki, buna ehtiyac yoxdur”.
Partiya sədri Jrinovskinin bəyanatlarının Rusiyanın ən yüksək dairələrinin mövqeyi olduğunu bildirib: "Jirinovski SSRİ "KQB”-dən qalma bir adamdır. Onu inkar etmək, elə-belə hesaba qoymaq olmaz. Son günlər aldığım məlumata görə, o, içkiyə qurşanıb. Sadəcə nəzərə almalıyıq ki, onun Türkiyəni, Azərbaycanı təhdid etməsi Rusiyanın ən yüksək dairələrinin mövqeyidir. Bunların hamısı bizim üçün dərs olmalıdır”.
Hafiz Hacıyev Jirinovski ilə görüşmək üçün Moskvaya getmək istədiyini deyib: "Qismət olsa, məni satmasalar, onunla görüşmək üçün Moskvaya getməyi planlaşdırıram. Gedib aydınlaşdırmaq istəyirəm ki, niyə bu adam axşama qədər Türkiyənin, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədir. Jirinovskinin payını verib, Azərbaycanın tarixində qalacam”. (musavat.com)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi