19-04-2016 [21:23]
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərinə münasibət bildirib.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi aprelin əvvəlində qoşunların təmas xəttində törətdiyi uğursuz və məsuliyyətsiz hərbi avantüradan nəticə çıxarmaq və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə təxribatçı əməllərini və müharibə ritorikasını davam etdirməkdədir:
"Cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulmasının intensivləşməsi Ermənistan rejiminin yürütdüyü siyasətin nəticəsidir. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək vəziyyətin daha da gərginləşməsində maraqlı olan Ermənistan rəhbərliyinın çıxışında regionun gələcəyi, Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin normallaşdırılması və davamlı sülh və təhlükəsizliyin təmin olunması barəsində bir dənə olsun belə ifadə yoxdur. Hərbi diktatorla xas populizm və süni vətənpərvərlik tezisləri ilə Ermənistan rəhbərliyi ölkəsinin gənclərini etnik nifrətə, müharibə və qırğınlara sürükləyir. Bu vasitə ilə Ermənistan rejimi 70 faizdən artığı yoxsulluq şəraitində olan Ermənistan ictimaiyyətini aldatmaq, uğursuz hərbi avantüraya görə hərbi itkilərdən diqqəti yayındırmaq və cəmiyyətdə tamamilə itirilmiş nüfuz və etimadını bərpa etməyə cəhd edir".
Xocalı soyqırımının törədilməsində və bir milyondan artıq azərbaycalının etnik təmizlənməsində şəxsən iştirak etmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin müharibə cinayətlərindən danışması ikrah doğurur. 90-cı illərin təfəkkürü ilə yaşayan və reallıq hissini itirən Ermənistan rəhbərliyinin aprel ayının əvvəlində mülki Azərbaycan əhalisini hədəfə alaraq, yenidən törətmək niyyətində olduğu müharibə və bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alındı.
Dəyişən hərbi status-kvonun fonunda Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı heç vaxt gözlədiyi siyasi nəticəni verə bilməz.
Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü təmin etmək məqsədilə BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh bərqərar olar", – deyə H.Hacıyev vurğulayıb(Musavat.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi