19-04-2016 [20:11]
"ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkətə keçməlidir".
Bunu ATƏT Parlament Assambleyasının Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərində ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda keçirilən seminarı zamanı çıxışında ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, münaqişə ilə bağlı bir çox beynəlxaq təşkilatlar - BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti sənədlər qəbul ediblər: "BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran dörd qətnaməsinə Ermənistan hörmət etməlidir".
O, qeyd edib ki, 3 aprel 2016-cı ildə Avropa Şurası Parlament Assambleyasının prezidenti "Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması" ilə bağlı çağırış etdi. Avropa Parlamenti münaqişə ilə bağlı özünün mövqeyini bir neçə qətnamə və tələblərlə ifadə edib. Bu mənada, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi ilə müşayiət olunması ifadə edilib. Aprelin 6-da ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceymis Uorlik Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycan torpaqlarının Azərbaycana geri qaytarılmasının daxil olduğunu bildirib.
A.Quliyev hesab edir ki, indi ATƏT PA bu beynəlxalq təşkilatlara qoşulmalı və Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı müəyyən addımlar atmalıdır: "Bu ilin iyul ayında ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatı dinlənilməli və indiyə kimi münaqişənin həll olunmasına mane olan səbəblər haqqında deputatlara məlumat verilməlidir. Bundan başqa, Minks qrupuna üzv olan 11 ölkənin parlamentinin iştirakı ilə ayrıca bir konfransın keçirilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu formatda parlamentarilər tərəfindən müzakirəsinə ehtiyac var. Yaxşı olar ki, ATƏT PA yaxın zamanda bu təklifi nəzərdən keçirsin və onun icrasını təmin etsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi