Səlim Müslümova şikayəti olanların diqqətinə: - Nazirin qəbul qrafiki açıqlandı

img

19-04-2016 [18:52]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Mia.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA