Erməni general öldürülüb - Rəsmən təsdiqləndi

img

19-04-2016 [17:01]


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Movses Akopyan öldürülüb və ya ölüm ayağındadır.

Mia.az xəbər verir ki, məlumatı Trend yayıb. 

Bildirilib ki, M.Akopyanın daimi xidmət yeri işğal edilmiş Dağlıq Qarabağ olub. Onun koordinatları pilotsuz uçuş aparatı vasitəsilə müəyyənləşdirilib və nəzarətə götürülüb. Azərbaycan Ordusu M.Akopyanı, eləcə də digər yüksək rütbəli erməni zabitlərini, Cəbrayıl istiqamətində işğalçı qüvvələrin qərargahını məhv edə bilib.

Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın gəldiyi Xankəndində keçirilmiş iclasda M.Akopyanın və Ermənistan ordusunun digər yüksək rütbəli zabitlərinin olmaması da bunu təsdiq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA