19-04-2016 [12:55]
"Aprelin əvvəlində baş verən hadisələr kövrək atəşkəs rejiminə ümid etməyin nə qədər yanlış olduğunu bir daha sübut etdi. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, xüsusən də dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində söyləyib.
Azərbaycan parlamentinin sədri dünyanın maliyyə böhranı, terrorçuluq, iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərlə üz-üzə qaldığını və bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlığın alternativinin olmadığını diqqətə çatdırıb. Parlamentlərarası dialoqun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud münaqişələrdən çıxış yollarının tapılmasına kömək edəcək.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə aparıldığını, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakinin qovulduğunu, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və digər mötəbər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclisin sədri deyib: "Münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdükləri və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün indiyədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermir. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi sayəsində bərpa edilib”.
Avrasiya regionunun 19 ölkəsinin parlament rəhbərlərinin iştirak etdikləri müşavirədə BMT-nin Baş katibi Pan Gi Munun və Rusiya Prezidenti Vladimir Putinin müraciətləri səsləndirilib.
Görüşün başlıca mövzusu XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.
Koreya Respublikası parlamentinin sədri Çon Iy Hva və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin təşəbbüsü ilə keçirilən müşavirədə iqtisadi, siyasi, humanitar, hüquqi sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə parlamentlərarası dialoqun inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi, ekstremizmlə mübarizə, konfessiyalararsı dialoqun gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Müşavirənin sonunda əməkdaşlığın gələcək formatını müəyyən edəcək Bəyanat qəbul ediləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi