Bəzi yerlərə qar yağacaq, Bakıda isə hava əsasən buludlu olacaq

img

29-03-2010 [01:05]


Martın son günləri ölkə ərazisində buludlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün dəyişkən buludlu, ancaq yağmursuz hava olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 13-16? isti, axşam 7-9? isti olacaq. Martın 30-da dəyişkən buludlu, yağmursuz hava şəraiti olsa da, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 14-18? isti təşkil edəcək. Martın 31-də paytaxt və yarımadada buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7? isti, gündüz 10-12? isti olacaq. Aprelin 1-də bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6? isti, gündüz 11-13? isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, az yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-8? isti, gündüz 15-20? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 8-13? isti təşkil edəcək. Martın 31-də və aprelin 1-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam saatlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək, aprelin 1-də gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6? isti, gündüz 10-15? isti, dağlarda gecə 0-4? şaxta, gündüz 3-7? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA