Akademik Ziya Bünyadovun xanımı vəfat etdi…

img

19-04-2016 [11:40]


Məşhur tarixçi alim, sabiq millət vəkili, mərhum akademik Ziya Bünyadovun xanımı Tahirə Bünyadova bu gün səhər saatlarında vəfat edib. 

Bu barədə Bünyadovlar ailəsinin yaxınları məlumat veriblər.

Mərhumun dəfn mərasiminin Təzəpir məscidinfə keçiriləcəyi gözlənilir(modern.az).

Qeyd edək ki, Tahirə Bünyadova 91 yaşındaydı. O, son vaxtlara qədər Milli Məclisin kitabxanasında məsləhətçi işləyirdi. Əslən Qarabağdan olan Tahirə xanım Yusif Vəzir Çəmənzəmənlinin yaxın qohumudur. O, Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda təhsil almışdı.

Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA