19-04-2016 [11:24]
"Azərbaycanın aldığı silahların bir gün işə düşəcəyi məlum idi. Lakin bu, Ermənistan üçün xoşagəlməz sürpriz oldu. Niyə bu silahlar aprelin əvvəlində atəş açmağa başladı? Bu sualın birmənalı cavabı yoxdur. Azərbaycan əminliklə göstərdi ki, hərbi ritorikası elə belə deyil. Silahları boş yerə almayıb".
Bunu tanınmış rusiyalı politoloq və beynəlxalq icmalçı Arkadi Dubnov Moskvanın Karnegi Mərkəzində keçirilən Dağlıq Qarabağla bağlı ekspert müzakirələrində çıxışı zamanı bildirib.
Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindən danışan A. Dubnov qeyd edib ki, Dağlıq Qarabağdakı "dörd günlük müharibə” münasibətlərə aydınlıq gətirib: "Aydın oldu ki, KTMT daxilində Dağlıq Qarabağla bağlı vahid rəy mövcud deyil. Ona görə də, bu təşkilatdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın nəsə gözləməsi yersizdir. Biz bunu baş verən son hadisələrdə Qazaxıstan və Belarusun simasında gördük. Məlumdur ki, Dağlıq Qarabağ KTMT-nin məsuliyyət daşıdığı ərazi deyil. "Dörd günlük müharibə” zamanı bu fakt bir daha təsdiqini tapdı. Eyni sözü Avrasiya İqtisadi Birliyinə də aid etmək olar. Aprelin 8-də Avrasiya İqtisadi Birliyinin Yerevanda iclası keçirilməli idi. Lakin iclas təxirə salındı və bu, Yerevanın razılığı olmadan edildi. Ermənistanın razılığı olmadan Avrasiya İqtisadi Birliyinin iclasının təxirə salınması ona təşkilatın üzv ölkələri tərəfində vurulan tərs bir şillə idi".
Erməni jurnalistin aprelin əvvəlində Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyi ilə bağlı sualına cavabında Arkadi Dubnov bildirib ki, bu raundu xal hesabında Azərbaycan uddu: "Azərbaycan "status-kvo"nu pozdu və məqsədinə nail oldu: "Status-kvo"nu pozmaq Azərbaycanın marağında idi. Azərbaycan bununla bütün dünyaya nümayiş etdirdi ki, müharibə etməyə hazırdır. Bundan başqa, Azərbaycan psixoloji, siyasi və diplomatik planda da uğur qazanmış oldu. Bütün dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldə bildi”.
APA.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi