19-04-2016 [11:07]
Son illər Prezident İlham Əliyevin tapşırığına əsasən bir sıra struktur islahatları aparılır. Bu istiqamətdə həyata keçirilən dəyişikliklər cəmiyyət tərəfindən də müsbət qarşılanır.
Bununla dövlət aparatının daha operativ və şəffaf işləməsi üçün növbəti islahatlar gözlənilir.
Bizi bilgiləndirən məlumatlı şəxs deyib ki, budəfə daha ciddi qurumların birləşməsi məsələsi gündəmdədir:
«Bildiyiniz kimi, artıq neçə müddətdir ki, bir sıra qurumların birləşdirilməsi, yaxud ləğv olunması məsələsi barədə müzakirələr gedir. Əslində, yuxarı dairələrdə bu barədə qəti qərar var, sadəcə olaraq, cəmiyyətin rəyini öyrənmək üçün içtimai rəyi öyrənməyə çalışırdılar. Artıq yekun qərar var. İlkin mərhələdə üç əsas qurumun birləşdirilməsi nəzərdə tutulub.
Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinin nəzdində olan Antiinhisar Departamenti və Maliyyə Bazarlarına Nəzarət Palatasının bir qurumda birləşdirilməsi nəzərdə tutulub.
Bilirsiniz ki, Prezident sahibkarların fəaliyyətinə dəstək məqsədiylə bəzi dövlət qurumlarının yoxlamalarını dayandırmışdı. Bu sırada olan əsas qurumlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Yəni, son bir neçə ay ərzində bu qurumun demək olar ki, heç bir fəaliyyəti yoxdur.
Bu səbəbdən də komitənin yeni qurumun nəzarətinə verilməsi məqbul variantdır. Anti-inhisar departamenti də təxminən eyni vəziyyətdədir. Bu qurumun işlək mexanizmdən passiv bir quruma çevrilməsi də onunla bağlı qəti qərar verməyə əsas verir».
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yeni yaradılıb. Bu qurumun səlahiyyətlərinin daha da genişləndirilməsi və yuxarıda qeyd olunan strukturların da onun çətiri altında birləşdirilməsi mümkündür. Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. Bizi bilgiləndirən şəxs onu da nəzərə çatdırıb ki, üç qurumun birləşdirilməsi zərurət kimi ortaya çıxdığı üçün yaxın günlərdə bu barədə qəti qərar veriləcək. Yəqin ki, prezidentin sərəncamı ilə yeni qurum yaradılacaq və bu üç struktur onun tərkibində birləşdiriləcək.
Məlumata görə, hökumətdə aparılan struktur islahatlarının səbəblərindən biri də vəsaitlərə qənaət etməkdir. Onun sözlərinə görə, indiyə kimi birləşdirilən, yaxud ləğv edilən qurumların hesabına kifayət qədər böyük rəqəmlərə qənaət edilib: «Diqqət edin, Torpaq Komitəsinin ləğvindən sonra büdcə ayırmaları azalıb. Belə ki, Torpaq Komitəsinə ayrılan vəsaitin həcmi 5 milyon dollara yaxın idi. Nəzərə almalıyıq ki, daha çox qurumların mövcudluğu bir sıra hallarda təkrarçılığa səbəb olur. Həmçinin, ayrı-ayrı funksiyaların müxtəlif qurumlar tərəfindən yerinə yetirilməsi vahid dövlət siyasətini çətinləşdirir. Bu strukturların vahid mərkəzdə birləşməsi vətəndaşların işlərini asanlaşdıracaq»(unikal).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi