“Kommersiya sirri hesab olunan məlumatları əldə edən vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik - FƏRMAN

img

18-04-2016 [20:21]


Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında bu gün Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973) ilə təsdiq edilmiş "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

1. 7-ci hissədə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil” sözləri "İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

2. 8-ci hissədə "Xüsusi Rejimli Vergi Xidməti” sözləri "1 saylı Vergilər” sözləri ilə əvəz edilsin.

3. 9-cu hissədə "Vergi Auditi” sözləri "Bakı Vergilər” sözləri ilə əvəz edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA