Prezident yeni icra başçısı təyin etdi - Sərəncam

img

18-04-2016 [19:34]


Prezident İlham Əliyev Cəbrayıl rayonuna yeni icra başçısı təyin edib.

Mia.az xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, dövləq başçısının martın 3-də verdiyi sərəncamla Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Onu da qeyd edək ki, Kamal Həsənov Cəbrayıl rayonun Quycaq Kəndində anadan olub. O, Sovet dövründə rayonda müxtəlif vəzifələrdə, o cümlədən rayon Komsomol katibi vəzifəsində çalışıb. Son iş yeri isə Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsi olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA