18-04-2016 [17:53]
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bəyan edir ki, aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
Komissiyadan daxil olan məlumatda bildirilir ki, hadisənin xronologiyası da qeyd edilənləri sübut edir.
"Belə ki, 16 aprel 2016-cı il tarixdə saat 09.15-də Ermənistana məxsus http://news.am/rus/news/322696.html saytında bir Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayılıb. Məlumat yayıldıqdan dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqə yaradılıb və dəqiqləşdirilməsi barədə məsələ qaldırılıb.
BQXK tərəfindən həmin gün, saat 10.00-11.00 radələrində Komissiyaya verilmiş məlumata əsasən, bu qurum məsələni araşdırıb və Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq edib.
Aparılmış danışıqlara uyğun olaraq Azərbaycan hərbçilərinin nəzarəti altında olan ərazidə tapılmış bir Ermənistan hərbçisinin və ermənilər tərəfindən tapılmış bir Azərbaycan hərbçisinin meyitlərinin 17 aprel 2016-cı il tarixdə, saat 10.30-da qoşunların təmas xəttində repatriasiyası barədə razılıq əldə edilib.
Lakin 16 aprel 2016-cı il tarixdə, saat 22.30 radələrində Ermənistan tərəfi beynəlxalq təşkilatlara onlarda Azərbaycan hərbçisinin meyitinin olmadığını bildirib, guya səhv etdiklərini bəyan ediblər. Aid olduqları dini mənsubiyyətlərinə görə azərbaycanlının və erməninin meyitinin fərqləndirilməsi üçün saniyələrin tələb olunduğunu nəzərə alsaq, erməni tərəfinə bu iş üçün 12 saat vaxtın tələb edilməsi başa düşülmür.
Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir.
Dövlət Komissiyası erməni tərəfinin çirkin təxribatlarına şəraitin yaradılmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırıb.
Bildiririk ki, məsələ Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir. Hazırda aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə axtarış tədbirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək". - deyə məlumatda bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi