18-04-2016 [17:47]
"Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi başlanacaq. Prezident Putin bu danışıqlarda kompromislərin əldə olunması üçün aktiv səy göstərəcək".
Bu barədə "İzvestiya” qəzetinə diplomatik dairələrdəki etibarlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Rusiya prezidenti hər iki tərəfin siyasi liderlərini şəxsən güzəştlərin vacibliyinə inandırmağa hazırdır.
Mənbə bildirir ki, Rusiyanın təklif etdiyi həll planında ərazinin bir hissəsi Azərbaycana qaytarılır, münaqişə bölgəsinə sülhməramlılar gətirilir, qaçqınlar geri qayıdır, blokada götürülür, Ermənistanla iqtisadi əlaqələr bərpa olunur.Bundan sonra isə Dağlıq Qarabağın müqəddəratı ilə bağlı referendum keçirlməsi nəzərdə tutulur.
Qəzet yazır ki, hələlik tərəflərin heç biri bu planla razı deyil.
"Qarşıda ağır danışıqlar durur. Burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”, – deyə mənbə qəzetə bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin canlı efirdə sualları cavablandırarkən, Qarabağ münaqişəsinin həlliylə bağlı maraqlı məqamları açıqlayıb. Putin deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün nə lazımdırsa, edəcək.
Putin bildirib ki, Rusiya tam olaraq həm Azərbaycan, həm də Ermənistanla işləmək istəyir: "Bu, çox həssas mövzudur. Biz bu məsələyə məşhur tibbi prinsiplə yanaşmalıyıq: "Zərər vermə!”. Qarabağ məsələsi istisinasız olaraq siyasi metodlarla, hər iki tərəfin kompromisləri əsasında həll edilməlidir”(Strateq.az).
Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da bazar günü«Xəzər TV»yə müsahibəsində bildirib ki, yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların yeni intensiv mərhələsi başlanacaq. Ə.Həsənov həmçinin vurğulayıb ki, ermənilər RF prezidenti Vladimir Putinin çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.
Eyni zamanda tanınmış moskvalı politoloq, RF prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov bildirib ki, gələcək saziş Qarabağ ətrafında ən azı 5 rayonun azad edilməsini nəzərdə tutur: "Bu, cari ilin sonunadək baş verməlidir".
Xatırladaq ki, RF XİN rəhbəri Sergey Lavrov Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi