Leyla Əliyeva çağırış etdi - FOTO

img

18-04-2016 [17:09]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 1-də keçiriləcək "Bakı Marafonu 2016” ilə bağlı çağırış edib.
Mia.az xəbər verir ki, sosial şəbəkədə foto paylaşan L.Əliyeva hamını morofona qoşulmağa çağırıb.

Qeyd edək ki, "Bakı Marafonu 2016” Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA