Nazirin keçmiş müşaviri qohumunu tutdurdu - 50 kq qızıla görə

img

18-04-2016 [14:28]


Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri öz qohumu haqda polisə şikayət edib.

Mia.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov Feysbuk-dakı səhifəsində yazıb.

O, bildirib ki, həmin şəxsinin vaxtilə Nəqliyyat Nazirliyində həm də departament rəhbəri işləyib: "Sabiq müşavir qohumu olan Rövşən Əhmədovu dələduzluqda ittiham edib".

Vəkil bildirib ki, hüquqlarını qoruduğu R.Əhmədov şikayətlə bağlı saxlanılaraq Daxili İşlər Nazirliyinin Müştəkkil Cinayətlarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutulub və 10 gündən artıq müddətə həmin idarədə saxlanılıb.

Z.Məmmədovun keçmiş müşaviri qohumu R.Əhmədova ona məxsus 50 kq qızılı dələdzuzluq yolu ilə ələ keçirməkdə ittiham edir. Həmin şəxs müvafiq dövlət orqanı tərəfindən hələki zərərçəkmiş şəxs kimi tanınmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA