18-04-2016 [11:04]
Milli Məclisin deputatı Tahir Mirkişili ATƏT Parlament Assambleyasında maraqlı çıxış edib.
Mia.az deputatın çıxışını olduğu kimi təqdim edirik: "Hörmətli Almaniya nümayəndə heyətininin rəhbəri, xanım Barnett!
İlk öncə sizə "Avropada yüksək muxtariyyət statusuna malik Cənubi Tirol modeli əsasında konfliktlərin həlli" ilə bağlı maraqlı tədbirin təşkilatçılığna görə dərin minnətdarlığımı bildirirəm! Doktor Klaus Beckerin daxili muxtariyyət statuslu xalqların necə birgə yaşayaraq inkişafa nail olduğunu göstərən təqdimatı da yüksək səviyyədə oldu.
Azərbaycan nümayəndə heyəti bu dəvəti qəbul edərkən və uzun məsafə qət edərək bu tədbirə gələrkən məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həlli modelinin beynəlxalq norma və standartlara uyğun olan ölkəmizin mövqeyini bir daha hər kəsin diqqətinə çatdırmaq və bu prinsiplərin əslində bir çox hallarda Avropda münaqişələrin həlli modelləri ilə oxşarlıq təşkil etdiyini göstərməkdir.
Xanım Barnett!
Mən sizin təklifinizi dəstəkləyərək, bildirmək istərdim ki, biz daha çox gələcəyə baxmalı, nə etməli olduğumuzu müzakirə etməliyik. Burda Ermənistan nümayəndə heyəti üzvlərinin provakativ və həqiqətə uyğun olmayan çıxışları bir daha sübut edir ki, Ermənistanın danışıqlar prosesində mövqeyi konstruktiv və həllin axtarışı yönümündə deyil. Mən xahiş edirəm ki, kimsə burda Ermənistan nümayəndə heyətinin üzvlərinə başa salsın ki, biz bura nə üçün yiğişmışıq.
Bu gün müzakirə olunan İtaliya və Avstriya arasında Cənubi Tirol münaqişəsinin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə oxşar və fərqli cəhətləri mövcuddur. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək özünü idarəetmə statsunun verilə biləcəyini bəyan etmiş, Avropada uğurlu tətbiq olunan muxtar statuslardan kimi Cənubi Tirol modeli misal gətirilmişdir. Azərbaycanın mövqeyi aydın və qətidir: biz münaqişənin təcili surətdə Azərbaycanın ərazı bütövlüyü çərçivəsində həllini istəyirik, biz münaqişənin sülh yolu ilə həllini istəyirik, biz regionda bütün xalqların xoşbəxt və inkişaf edərək birgə yaşamasını istəyirik.
Müzakirə olunan Cənubi Tirol münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsinin əsas fərqi ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağdan başqa Azərbaycanın 7 rayonunu işğal etmişdir. Bu işğal olunmuş 7 rayonun ərazisi Dağlıq Qarabağın ərazisindən 4 dəfə çoxdur! 800 mindən çox insan öz evlərindən didərgin salınmışdır. Bu insanlar hər gün evlərinə qayıtmağı Azərbaycan hökumətindən tələb edirlər! İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərləri nə axtarırlar?
Mən özüm şəxsən Qarabağ bölgəsindənəm. Mənim doğulduğum evi Ermənistan əsgərləri yandırmış və dağıtmışlar. Mən Azərbaycan Parlamentinin üzvü olaraq belə öz doğma evimə gedə bilmirəm. Nə üçün?
Avropada münaqişələrin həll olunması tarixi 2 əsas məsələni qabarıq göstərməkdədir. 1. Münaqişələrin mərhələli həlli. 2. Yerli icmaların birgə yaşayışı. 3. Ölkələrin ərazi bütövlükləri pozulmadan yüksək muxtariyyət statusu. Azərbaycan da məhz bu prinsipləri irəli sürməkdədir. Mərhələlı olaraq, Ermənistan ordusu işğal olunmuş bütün ərazilərdən çıxmalı, qaçqın və məcburi köçkünlər öz ərazilərinə qayıtmalı, Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı, daha sonra Dağlıq Qarabağın Azərbaycan tərkibində statusunu yerli icmalar müəyyən etməlıdir. Mən cənab Reinhard Klimmt ilə tamamilə razıyam ki, xalqların xoşbəxt yaşaması üçün ayrıca milli dövlət qurmağa ehtiyac yoxdur, yüksək muxtariyyət modeli bunun öhdəsindən tamamilə gəlir.
O ki qaldı yerli icmaların birgə yaşaması məsələsinə, qeyt etmək istəyirəm ki, münaqişəyə qədər azərbaycanlı və ermənilər arasında birgə yaşayışla bağlı heç bir problem olmamışdır. Bakıda hal hazırda 30 mindən çox erməni yaşayır. Ancaq siz Ermənistanda, Dağlıq Qarabağ ərazisində bir dənə azərbaycanlı tapa bilmərsiz. Bu bir daha Azərbaycanın müasir, demoktratik, birgə yaşama prinsiplərinə sadiq olduğunu və bunun bir siyasət deyil, xalqın yaşayış tərzi olduğunu göstərir.
Sonda bir məsələyə diqqətinizi yönəltmək istərdim. Bir az öncə burda Ermənistan nümayəndə heyətinin üzvü öz uşağını azərbaycanlılara, türklərə nifrət üstündə necə tərbiyə etdiyini söylədi. Mən isə uşaqlarım məndən erməni xalqı barədə soruşduğu zaman "tarixi unutmayaraq, gələcəkdə birgə yaşayışa, sülh və inkişafa hazır olmaq" üstündə tərbiyə edirəm. Budur bizim fərqlərimiz. Mən Ermənistanlı həmkarlarıma müraciət edirəm ki, uşaqlarınıza verdiyiniz tərbiyəni nifrət və düşmənçilik üstündə qurmayın!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi