17-04-2016 [16:44]
Qarabağda 4 günlük müharibə Minsk Qrupunu fəallaşdırıb, xüsusən həmsədr ölkələrdən Rusiya tərəflərin hərbi əməliyyatları dayandırması və danışıqlar masası arxasına keçməsi üçün güclü təzyiqlər göstərib. Hələlik danışıqların başlayacağını göstərən əlamət yoxdur, bununla belə açıqlanıb ki, masa üzərində hansısa "Lavrov planı”, yaxud 2011-ci ildə Kazanda prezidentlərin imzalaması üçün nəzərdə tutulan sənədin müəyyən redaktələr edilmiş yeni variantıdır.
Hansı ki, həmin sənəd məzmunu artıq bəlli olan, Dağlıq Qarabağın yekun statusunun referendumda müəyyən edilməsi müddəasını özündə əks etdirən Madrid prinsiplərinə əsaslanır. Və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyir ki, hələ ermənilərə Madrid prinsipləri qədər sərfəli olan nizamlama variantı olmamışdı.
Belə görünür ki, Oskanyan haqlıdır. Çünki 22 ildir davam edən danışıqlarda Minsk Qrupunun irəli sürdüyü təkliflərin heç birində Dağlıq Qarabağın müstəqilliyinə "Madrid prinsipləri”ində olduğu qədər faktiki təminat yaradılmırdı. Üstəlik ətraf rayonların boşaldılmasının formatı da indikindən daha məqbul görünürdü.
Ötən əsrin 90-cı illərinin sonlarında prezident Heydər Əliyevin göstərişi ilə Minsk Qrupunun danışıqlarda tərəflərə ayrı-ayrı vaxtlarda təqdim etdiyi üç saziş layihəsi mətbuatda dərc edildi. Bu təkliflərdən ikisini-"Paket həll variantı”nı və "Mərhələli həll variantı”nı Azərbaycan tərəfi danışıqlar üçün əsas kimi qəbul edib. "Ümumi dövlət” modeli isə rədd edilib. O vaxt bu təkliflər ətrafında geniş polemikalar aparılıb.
Virtualaz.org Qarabağda son döyüşlərdən sonra vasitəçilərin sülh təklifləri ətrafında müzakirələrin qızışdığını, "5 rayon qaytarılır” məzmunlu bəyanatları nəzərə alaraq 17 il əvvəl dərc edilmiş həmin sənədləri növbə ilə təkrar oxucuların nəzərinə çatdırır. Və onlarla indiki "Madrid prinsipləri”, yaxud "Kazan sənədi” arasında müqayisə aparmağı təklif edir. Beləliklə,
Madrid prinsipləri
Təklif 2007-ci ildə tərəflərə təqdim edilib. Qısa mahiyyəti belədir ki, Dağlıq Qarabğdan kənarda işğal edilmiş 5 rayon Azərbaycana qaytarılır, Qarabağ aralıq status alır, sülhməramlılar yerləşdirilir.Dağlıq Qarabağın yekun statusu referendumla həll edilir. Kəlbəcər və Laçının taleyi 5 il sonra razılaşdırılır. İndiyədək bu sənədin bir neçə variantı müzakirə edilib, sonuncu variantı "Kazan sənədi”dir.
2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan və həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak ediblər. Görüşdən sonra həmsədrlər aşağıdakı birgə bəyanatla çıxış ediblər:
TÖVSİYƏ OLUNUR
Azərbaycan və Ermənistan hökumətlərinə
1. 2008-ci ilin seçkilərinə qədər aşağıdakı prinsiplərdən ibarət sənədi razılaşdırmaq:
a) təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi,
b) Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla,
c) deportasiya olunmuş əhalinin qayıtması,
d) Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi, bütün nəqliyyat və ticarət yollarının açılması.
2. Bütövlükdə sənəd üzrə konsensus alınmayanda razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək.
3. 2008-ci ilin seçki kampaniyası dövründə siyasi xadimlərin sülhə və kompromislərin zəruriliyinə müsbət yanaşmasına şərait yaratmaq.
Ermənistan və Azərbaycan hökumətlərinə, həmçinin Dağlıq Qarabağın de-fakto hakimiyyətinə
4. 1994-cü ilin atəşkəsinə hörmət etmək, güc tətbiqindən çəkinmək, hərbi büdcələrin artırılmasına, qarşılıqlı ittihamlara, həmçinin barışmaz və təhrikçi ritorikaya son qoymaq.
5. Qeyri-rəsmi diplomatiyaya və yuxarıda göstərilən prinsiplər daxil olmaqla kompromis qərarlar haqda diskussiyalara yardım etmək, ölkə parlamentlərini belə diskussiyaların açılmasına həvəsləndirmək və azərbaycanlılarla ermənilər arasında əlaqələri asanlaşdırmaq.
6. Dağlıq Qarabağın de-fakto hakimiyyəti işğal olunmuş ərazilərin ermənilərlə məskunlaşdırılmasına, o cümlədən bu rayonlarda özəlləşdirmənin aparılmasına, infrastrukturun inkişaf etdirilməsinə və yerli strukturların yaradılmasına son qoymalıdır.
7. Azərbaycan Qarabağ azərbaycanlılarına öz icmalarının rəhbərini seçmək imkanı verməli, neft gəlirlərindən bütün vətəndaşların, o cümlədən deportasiya olunmuş şəxslərin yararlana bilməsi üçün şəffaflığın artırılmasına, korrupsiyanın azaldılmasına birgə səylər göstərməlidir.
Minsk qrupunun həmsədrlərinə (Fransa, Rusiya və ABŞ) və geniş beynəlxalq ictimaiyyətə
8. Əsas prinsiplərin razılaşdırlmasına nail olunması üçün birgə səyləri artırmaq, Ermənistanda və Azərbaycanda 2008-ci il prezident seçkilərindən sonra danışıqlar prosesini davam etdirmək və bu prosesdə meydana çıxacaq hər hansı fikir ayrılıqlarını dəqiq qeyd etmək.
9. Həmsədrlərin təmsilçilik səviyyəsini artırmaq, Ermənistan və Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlər zamanı Dağlıq Qarabağ probleminin nizamlanmasını əsas elementə çevirmək.
10. Danışıqların məzmunu haqqında daha çox informasiya dərc etmək və hədsiz nikbin bəyanatlarla gözləntiləri süni şəkildə şişirtməkdən qaçmaq.
Avropa Birliyinə
a) Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin rolunu artırmaq; nümayəndəlik Minsk prosesinin gedişini izləməli, bütün tərəflərlə əlaqə saxlamalı, Dağlıq Qarabağa səfərlər etməli, Azərbaycanda deportasiya olunmuş vətəndaşlarla görüşməli və Avropa Komissiyası ilə birgə münaqişə çərçivəsində zəruri maliyyələşdirmənin miqyasını qiymətləndirməlidir,
b) Avropa Qonşuluq Strategiyası proqramından və onun maliyyələşdirilməsi mexanizmlərindən istifadə etməklə etimadın möhkəmləndirilməsinə, həmçinin insan haqlarına hörmətin və qanunun aliliyinin təmin olunmasına yönəlmiş institutların qurulmasına şərait yaratmaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi