17-04-2016 [16:05]
"Erməni tərəfi həmişə olduğu kimi yenə də əldə edilmiş razılaşmaları pozur, beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam etməklə, gərginliyin artması istqamətində açıq-aydın addımlar atdığını nümayişkaryanə göstərir".
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumada əksini tapıb.
Bildirilib ki, Azərbaycan hərbi qulluqçusunun meyitinin geri qaytarılmasına ermənilərin əvvəlcədən razılıq verməsinə baxmayaraq sonradan bu məsələyə rədd cavabı verməsi, cəbhənin hər iki tərəfindəki vasitəçiləri sözün əsl mənasında şoka salıb:
"Təəssüf doğuran bir məsələ də odur ki, bu poseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmır, onlara qarşı sərt tədbirlər görməyə, hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də sülhməramlı missiyanı yerinə yetirməklə bütün dünyada ad çıxarmış Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması və işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir.
Eyni zamanda, döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin çıxarılması zamanı vasitəçilərin heç bir foto-video çəkilişlərin aparılmaması barədə dəfələrlə xəbərdarlığına məhəl qoymayan ermənilər, yenə də gizli şəkildə bunu həyata keçiriblər. Hələ bu azmış kimi, həmin videokadrlar sosial şəbəkələrə yerləşdirilərək yayımlanıb. Yalnız Azərbaycan tərəfinin beynəlxalq vasitəçilərə israrlı etirazından sonra videokdrların çıxarılmasına nail olunub. Mənəvi cəhətdən deqradasiyaya uğrayan ermənilər hətta insan ölümündən, faciədən də öz maraqları üçün hər zaman olduğu kimi istifadə etməyə çalışır, çirkin vasitələrə əl atımaqdan belə çəkinmirlər.
Digər bir məqam isə beynəlxalq vasitəçilərin müraciətinə anlayışla yanaşan Azərbaycan tərəfinin, ermənilərin öz meyitlərini axtararaq çıxarmaları üçün onlara ideal şəraitin yaradılması məsələsidir. Ancaq buna baxmayaraq, hər cür şəraitin yaradılmasına rəğmən, tərəfimizdən müşahidə edilib ki, düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanmasında heç də fəallıq göstərmir, bu məsləyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideyinlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terrorçuların cəsədləridir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi