16-04-2016 [23:59]
Ermənistan xarici işlər nazirinin müavininin İƏT-in 13-cü İstanbul zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində yekdilliklə qəbul edilmiş qərarlara münasibətdə diplomatik etikadan kənar şərh bildirilməsi ilk növbədə İƏT-in üzv dövlətlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir.
Azərbaycan XİN-dən verilən məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Ş.Köçəryanın İslam Əməkdaşlıq Təşkilatının 13-cü İstanbul zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsi barədə qəbul edilmiş qərarlara münasibətdə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev bildirib ki, İƏT üzv dövlətlərinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsindən çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar birmənalı və ədalətli mövqeyi var: "Bu mövqe İstanbul zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən yekdilliklə qəbul edilmiş kommunikenin müvafiq olaraq 16 və 17-ci bəndlərində bir daha öz qəti ifadəsini tapmışdır. Bu bəndlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzunün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884 (1993) saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin, yekun kommunikedə üzv dövlətlər Ermənistanın işğal olunmuş ərazilərdə davamlı olaraq həyata keçirdiyi hücumlarını və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura və digər obyektlərə zərərlərin yetirilməsini qəti olaraq pisləyirlər".
O həmçinin qeyd edib ki, zirvə toplantısının qərarı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə xarici işlər nazirləri səviyyəsində Təmas qrupu da yaradılıb.
"Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə əməlləri, mülki insanların ölümü və yaralanması ilə nəticələnərək 2 aprel tarixindən etibarən qoşunların təmas xəttində törətdiyi yeni təxribatları, münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların qərar və qətnamələrinə hörmətsizliyi Ermənistanın sivil dünyadan kənar olduğunu və Yerevan rejiminin regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu bir daha göstərir. Ermənistanın özbaşınalıq və cəzasızlığına son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən ciddi və təsirli addımların atılmasına ehtiyac vardır" -, deyə XİN rəsmisi bildirib.
AzNews.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi