16-04-2016 [22:46]
"Ankara ilə Moskva arasında ötən ilin noyabr ayında Suriya sərhədində Su-24 təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşdi. Bundan sonra hamı gözləyirdi ki, Türkiyə ilə Rusiya Qarabağ münaqişəsi zonasında üz-üzə gələcək".
Bu barədə ABŞ-ın nüfuzlu "The Huffington Post” yazıb.
Türkiyə ilə Rusiya arasında gərginliyin yaranmasının Ermənistanı çətin vəziyyətə saldığını qeyd edən nəşr bunun səbəbini belə izah edir ki, Ankara-Moskva münasibətlərinin kəskinləşməsi Bakı ilə İrəvan arasında gərginliyin artmasına səbəb olub.
Rusiyanın Azərbaycan və Ermənistanı silahla təchiz etdiyini yazan nəşr Moskvanın indiki vəziyyətdə barışdırıcı kartını işə saldığını qeyd edir.
"Bununla da Rusiya çalışır ki, münaqişə bütün Cənubi Qafqazda tarazlığı pozmasın. Rusiya prezidenti Vladimir Putin daha əvvəl hər iki tərəfi dərhal atəşkəsə riayət etməyə çağırdı. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın təhlükəsizlik çətiri altında olsa da Kreml Bakı ilə münasibətlərdə də balanslı yanaşma nümayiş etdirir", - "The Huffington Post” yazır.
Moskvanın özünü Azərbaycan və Ermənistan arasında vasitəçi kimi təqdim etdiyi qeyd olunan məqalədə bildirilir ki, Putin Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsini də təklif edə bilər: "Əgər belə olsa bu, Ankaranın narazılığını tamamilə yeni səviyyəyə çıxarardı”.
"The Huffington Post” qeyd edir ki, münaqişə ətrafındakı indiki hərbi status-kvo erməni tərəfinə sərf edir. Çünki Ermənistan və erməni diasporu Dağlıq Qarabağı müstəqilliyinin tanınmasına nail olmağa çalışır.
Nəşr yazır ki, hərbi qüvvələr nisbəti artıq Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan hazırda həm də ciddi demoqrafik üstünlüyə malikdir, eyni zamanda enerji resurslarından istifadə edərək ordusunu modern silahlarla təchiz edir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.
"1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra tərəflər arasında ən qanlı döyüşlərlə müşaiyət olunan son hərbi əməliyyatlara aparıb çıxaran səbəblərin bəziləri bunlardır.
Məlum olduğu kimi münaqişə ərazi mübahisələrindən kənara çıxır, çünki Qafqaz regionunda tarixən bir-biri ilə rəqabət aparmış Rusiya və Türkiyə arasında gərginliyi daha da kəskinləşdirir”, - nəşr qeyd edir.
Nəşr yazır ki, Azərbaycanın Türkiyə ilə gözəl münasibətləri heç də Rusiyanın ürəyincə deyil. Əgər Rusiya Bakı ilə münasibətləri korlasa, bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək. Bu isə Rusiyanın Ermənistan və İranla alyans layihəsinə zidd olardı.
"Əgər Türkiyə Rusiya ilə Qafqazda üz-üzə gəlməli olarsa, NATO-dakı müttəfiqlərinin ona dəstək verəcəyi ehtimalı azdır. Çünki bu situasiya NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi şərtlərinə uyğun gəlmir. Deməli, belə vəziyyətdə münaqişənin həllinin axtarılması yükü Minsk Qrupunun üzərinə düşür", - məqalədə deyilir.
ANS
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi