15-04-2016 [22:43]
Milli qəhrəman Çingiz Mustafayev Fondu və ANS TV-nin birgə fəaliyyəti nəticəsində ANS şirkətlər qrupu MDB məkanında daha bir yeniliyə imza atdı.
Əsrin 4-də biri qədər yaşı olan ANS televiziyasının Azərbaycanın ən yeni tarixinə bir daha işıq salacaq layihəsinin təqdimat mərasimi baş tutub.
Tədbir vətən uğrunda həlak olan şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
ANS TV-nin yaratdığı arxiv videolar dünya televiziya aləmində yeni bir sistemdir.
Mia.az ANS-ə istinadən xəbər verir ki, "Heç kim və heç nə unudulmur” devizi ilə keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, bir çox tanınmış şəxslərlə yanaşı, ANS TV-nin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.
ANS Şirkətlər Qrupunun yeni layihəsinə artıq ANS TV-nin yarandığı vaxtdan - 1991-ci ildən bu günə kimi efirdə yayımlanan verilişlərin hamısına internet vasitəsilə baxmaq olar. Bunun üçünwww.anstv.wssaytına girərək qeydiyatdan keçdikdən sonra arxiv videolar bölümünə daxil olmaq lazımdır. Burada istifadəçilər videoları tarix, kateqoriya, aparıcı, müxbir və verilişin adına görə təsnifləşdirə bilərlər.
"Heç kim və heç nə unudulmur” devizi ilə keçirilən tədbir
ANS Şirkətlər Qrupunun vitse-prezidentiMir Şahin ANS-in tarixindən danışaraq, çəkilişlər zamanı başına gələn kadrarxası bəzi olayları xatırladıb və bu layihəni ərsəyə gətirənlərə təşəkkür edib:
"Yəqin ki, Seyfulla Mustafayevin Çeçenistanda, Vahid Mustafayevin Gürcüstanda, Əfqanıstanda, Bosniya və Hersoqovinyada və digər qaynar nöqtələrdə apardığı çəkilişlər bunun əhatə dairəsinin nə qədər geniş olduğundan xəbər verir. Belə demək istəmirəm ki, cəsarətli olmaq bizim xoşumuza gəlir, sadəcə olaraq bu belə idi. Mən inaniram ki, bu günə qədər CNN arxivində olan Zviad Qamsaxurdiya ilə məşhur bunkerdə müsahibə ilə bü gün istəlinən reportyor fəxr edə bilər. Vahid Mustafayev də təbii ki fəxr edirdi o kadrlarla. O müsahibəni bütün dünya Zviad Qamsaxurdiyanı axtaran zaman Vahid bunkerdə götürmüşdü”.
Layihənin rəhbəri Eldəniz Elgün də tədbirdə çıxış etdi. Onun sözlərinə görə, ANS-in bu təşəbbüsü "Çingiz Mustafayev Fondu”nun dəstəyi ilə həyata keçirilib.
"Layihənin yaradılmasında məqsəd 1991-ci ildən bu günə qədər olan verilişləri, xəbərləri, müxtəlif hadisələri, bir sözlə, Azərbaycan tarixini insanlara çatdırmaqdan ibarətdir. 1991-ci ildən 2015-ci ilə qədər ANS TV-də efirə gedən verilişlər, çəkilən filmlər hamısı bu saytda yer alacaq. Hətta ANS-də bir dəfə adı çəkilən şəxsin, texniki heyətin də bilgiləri bu saytda olacaq. Bu sənədli filmlərdə ANS-in arxivində olan, bu vaxtadək efirə getməyən, o cümlədən bir çox gizli məsələlərin üstündən sirr pərdəsini götürəcək süjetlər təqdim ediləcək .Həmçinin "Qızıl Fond” əsasında hazırlanmış sənədli filmlər də efirə gedəcək”, - deyə Eldəniz Elgün bildirib.
Millət vəkili Qənirə Paşayeva ANS-dəki arxiv materiallarının çox dəyərli olduğunu vurğulayaraq bunları söyləyib: "ANS-də olan tarix bu gün kimlərinsə fikir və düşüncələrindən süzülən deyil, görüntülü, real tarixdir. Burada ictimai-siyasi xadimlərin çıxışları, o dövrə aid materiallar var. Bu, ictimaiyyət üçün çox maraqlı olacaq. İnsanlarımız sanki o tarixə film kimi baxacaqlar. Həmçinin jurnalistika ilə məşğul olacaq gənclər üçün bu bir dərslik ola bilər. Onlar bunlara baxaraq jurnalist peşəsinin incəlikləri və necə şərəfli və çətin olduğunu görə bilər”.
"ANS TV nin bu layihəsi həm də cəmiyyət üçün yayrarlıdır. Çünki bu arxivdə qorunub saxlanan görüntülər illər keçsə də öz əhəmiyyətini itirməyəcək. ANS Azərbaycan cəmiyyətini, Azərbaycan insanını daha yeni tarixə, realist bir məcraya qaytardı”, - deyə təqdimat mərasimində çıxış edən millət vəkili Fazil Mustafa bildirib.
ANS TV-nin yaratdığı arxiv videolar dünya televiziya aləmində yeni bir sistemdir. Əslində, ABŞ və Avropa ölkələrinin televiziyalarında buna oxşar layihələr olsa da tarixi əks etdirən bu sistem Müstəqil Dövlətlər Birliyi (MDB) və Şərqi Avropada tam yeni bir layihə kimi özü də tarixə düşdü.
ANS ("Azerbaijan News Service”) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalıdır. Yarandığı vaxtdan bu günə kimi ANS Qarabağ müharibəsi, Xocalı soyqırımı, AXCP tərəfdarlarının "istefa" səsləri ilə Milli Məclis binasına silahla basqın etməsi və Ayaz Mütəllibovun istefası, Bakı metrosunda partlayışlar və metrodakı yanğın, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlər, Neft Akademiyasındakı terror, Əfqanıstan, Çeçenistan, İnquşetiya, İraq, Gürcüstan, Misir və Türkiyə kimi ölkələrdə baş verən münaqişə və qarşıdurmalar kimi məsələlər ANS-in tarixində böyük yerə sahibdir. Məhz bu hadisələr BBC, CNN, Euronews, CBS, NBC, NHK, ITN, TBS, ZDF, RAI, ARD, WTN, RTL, Amerikanın Səsi, Azadlıq Radiosu və Rusiya, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin media qurumlarının marağına səbəb olmuş və ANS-lə əməkdaşlıq ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi