15-04-2016 [20:59]
Baş Prokurorluq Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun prokurorluğa dəvət edilərək, ona rəsmi xəbərdarlıq olunması ilə bağlı rəsmi məlumat açıqlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Tofiq Yaqublu 20 mart 2016-cı il tarixdən etibarən "facebook” sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazmaqla, kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar yayıb:
"Bundan başqa, o, kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləmişdir.
T.Yaqublunun hərəkətləri ölkənin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir.
Göstərilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılmışdır. O, söhbət zamanı öz növbəsində kütləvi informasiya vasitələrində fikirlərinin təhrif olunduğunu bildirmişdir.
T.Yaqubluya milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi əməllərinə görə Cinayət Məcəlləsinin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah edilməklə, "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi