15-04-2016 [19:14]
Bir qrup tanınmış jurnalist, alim və yazar professor Qulu Məhərrəmliyə dəstək müraciəti yayıb.
Mia.az Musavat.com-a istinadən həmin müraciəti təqdim edir:
"Əziz həmvətənlər!
Zamanın mürəkkəb çağırışları ölkəmizdə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevirir. Bu prosesin əleyhinə atılan hər hansı addım yersiz qarşıdurmalara və cəmiyyətin mənəvi-intellektual gücünün zəifləməsinə səbəb olur. Bu baxımdan dövlət televiziyası rəhbərinin tənqidi rəylərinə görə professor Qulu Məhərrəmliyə qarşı apardığı qaralama kampaniyasından, bir mütəxəssisi mülahizələrinə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdlərindən dərin narahatlıq keçirdiyimizi bildirir, bunu ifadə azadlığına zidd və ictimai əxlaqı zədələyən davranış kimi qiymətləndiririk.
İki aya yaxlndır ki, davam edən kampaniyada büdcədən maliyyələşən AzTV-nin resursları hesabına sədr A.Alışanovu tərifləyən, Q.Məhərrəmliyə qara yaxan, təhqir və böhtanlarla dolu 2 saat 56 dəqiqəlik videomaterial hazırlanaraq yayılıb. Ardınca AzTV sədri CM-nin 147 və 148-ci maddələri ilə Q.Məhərrəmliyə qarşı cinayət ittihamı irəli sürüb, daha sonra onun 100 min manat cərimə olunması üçün məhkəməyə müraciət edib. Halbuki ölkə prezidenti 2009-cu ildən CM-nin həmin normalarının tətbiqinə moratorium elan edib. Bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi vəzifəsi isə «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda birbaşa əksini tapıb.
Professor Q.Məhərrəmli ölkəmizin dəyərli ziyalılarındandır, istedadlı publisist və jurnalistika sahəsində nüfuzlu alimdir. O, cəmiyyətdə TV-lərin və bütövlükdə medianın fəaliyyəti ilə bağlı peşəkar ekspert təhlilləri ilə tanınır. Belə bir mütəxəssisin dövlət büdcəsindən maliyyələşən, ictimai funksiya daşıyan və fəaliyyətinin daha səmərəli olması arzulanan bir telekanalı tənqid etməsi təbiidir. Müasir hüquq cəmiyyətə xidmət etməli olan vəzifəli şəxsin ən sərt formada tənqidinə yol verir. Buna görə də A.Alışanovun narazılıq etdiyi yazıda tənqidin etik və hüquqi hədləri keçməsi barədə iddiaları əsassızdır. Onun davranışı tənqidə dözümsüz yanaşmanın, vəzifə imkanlarından sui-istifadə edərək haqlı tənqidi boğmaq cəhdinin nümunəsidir. Bunlar isə ciddi narahatlıq yaradır. Yasamal rayon məhkəməsinin A.Alışanovun zərərli iddiasını icraata götürməsi və bunu özünün ilkin qərarının əleyhinə gedərək, şikayətçinin iştirakı olmadan etməsi narahatlığımızın əsaslı olduğunu bir daha sübut edir.
Biz bu narahatlığımızı ölkə ictimaiyyətinə çatdırır və professor Q.Məhərrəmliyə qarşı qanunsuz basqıları aradan qaldırmaq üçün müvafiq qurumların zəruri tədbirlər görəcəyinə ümid edirik".
Xatırladaq ki, müraciəti aşağıda adları çəkilən görkəmli şəxslər imzlayaıblar:
Şirməmməd Hüseynov – professor
Cəlal Allahverdiyev – AMEA-nın həqiqi üzvü, akademik
Rafiq Əliyev – AMEA-nın müxbir üzvü, professor
Musa Yaqub – şair
Ramiz Abutalıbov – diplomat, YUNESKO-nun xoşməramlı səfiri
Sabir Rüstəmxanlı – xalq şairi
Çapay Sultanov – araşdırmaçı alim, professor
Ramiz Rövşən – şair
İlyas İsmayılov – hüquq elmləri doktoru, professor
Fuad Poladov – aktyor, xalq artisti
Rəhman Bədəlov – fəlsəfə elmləri doktoru, professor
Vasif Babayev – kinorejissor, xalq artisti
Şeyx Əbdül Mahmudbəyov – rejissor-aktyor, əməkdar incəsənət xadimi
Elçin Şıxlı – "Ayna”-"Zerkalo”qəzetlərinin baş redaktoru, əməkdar jurnalist
Zeynal Məmmədli - media eksperti
Arif Əliyev – "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi