15-04-2016 [18:51]
"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış "sərkərdənin” özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır".
Mia.az xəbər verir ki, bu sözləri APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, S. Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək, hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir: "Belə ki, əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının "məharət və şücaətlə” döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur.
Bir neçə gün əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır.
S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır. Sual olunur əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsinə kim ona mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı heç şübhəsiz erməni işğalçıları onu tətbiq edərdi. Bəlkə S.Ohanyan hələ keçmiş sovetlər dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud "erməni ustaların” əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülkü əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, daha qətiyyətli və sərt olacaqdır.
Digər bir məsələ, Ohanyanın iddiasına görə onlarda böyük səfərbərlik ehtiyatlarının, könüllülərin və güclü döyüşkən ordunun olmasıdır ki, bu da elə ilk gündən iflasa uğradı. Aclıqdan, səfalətdən, heç bir təminatı olmayan, hətta pensiya belə almayan "bir qarın yemək xətrinə toplaşan könüllülərin”, mülkü əhalinin qətlində əli qana bulaşmış səfil cəlladların və zorla səngərlərə yerləşdirilən qocaların da sayını nəzərə alsalar, bəlkə onda Ermənistanın səfərbərlik ehtiyatları olduğunu iddia edə bilərlər. Ohanyanın Ermənistan ordusunu Silahlı Qüvvələrimzlə müqayisə etməsi də onun xülyası və yerinə yetməsi mümkün olmayan arzusudur. Azərbaycan ordusunun hərbi qüdrəti, silahının gücü artıq reallıqdır, danılmaz faktdır və son hadisələr buna əyani sübutdur.
O ki qaldı Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi.
Erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialar da gülüncdür. Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycan hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün sahidi olduq. Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləsmələrinin təminatı, təhcizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmazdır, bölmələr nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi.
Pafoslu danışıqlar, boş xülyalar, utopik açıqlamardan eyforiyaya düşən erməni hərbi siyasi rəhbərliyinin iddiasının əksinə olaraq, bölmələrimizin zərbələri o qədər gözlənilməz oldu ki, nəinki mövqelərini, hətta onların qalib olmaları barədə eyforik təsəvvürlərini belə darmadağın etdi. Çünki elə əks-həmlə əməliyyatı zamanı tərəfimizdən düşmənin qüvvələrinə qarşı təşkil olunan elektron mübarizə tədbirləri, PUA-lar vasitəsilə döyüş meydanının, eləcə də düşmənin ön möqelərinin və müdafiəsinin dərinliyinin izlənilərək nəzarətdə saxlanılması və ona endirilən zərbələr o qədər dağıdıcı oldu ki, qarşı tərəf yalnız 2 gün sonra cavab verməyə imkan tapdı. Bu da yalnız onların bütün dünyaya yalvarışlarından sonra, vasitəçilərin döyüş əməliyyatlarının dayandırılmasına dair təkidli xahişləri nəticəsində yaranan sakitlikdən sonra mümkün oldu.
Bildiririk ki, xalqla ordunun birliyi, ölkə rəhbərliyinin diqqəti, qayğısı, həmçinin rəşadət və qəhrəmanlıq hesabına Azərbaycan əsgəri düşməni əzdi və qaçmağa məcbur etdi.
Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daim hədəfdə saxlayıraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi