15-04-2016 [17:45]
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.
Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb.
"Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir.
Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik.
Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", - deyə nazir bildirib.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.
Sonda qonaqları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi