15-04-2016 [17:24]
Baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun adı yenidən ölkə mediasının diqqətini çəkməyə başlayıb. Bu dəfə vurğu onun biznes ortaqlarının kimliyi üzərinə salınıb.
Belə ki, bugünlərdə "Reytinq” qəzeti Abbas Abbasovun kiçik oğluVüsal Abbasovun qohumluq əlaqələri ilə bağlı maraqlı iddialarla çıxış edib. Qəzetin yazdığına görə, Abbasovun Azərbaycandakı biznesini yönləndirən əsas şəxslərdən biri 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın namizədlər siyahısından çıxarılmış sabiq deputat, "Diplomat-1” şirkətinin sahibi Aslan Cəfərovdur: "Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicilərindən biridir və ona göstərilən bu etimad da çox yaxın qohumçuluq əlaqələrindən qaynaqlanır. Belə ki, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı qızı ilə ailə həyatı qurub”.
Qəzet xatırladır ki, cütlüyün toyu 2009-cu ilin oktyabrında "Buta” sarayında olub. O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, baş nazirin sabiq müavini oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb.
Qəzet bildirir ki, bu qohumluq Aslan Cəfərovun 2010-cu ildə Astaradan deputat"seçilməsinə” kömək eləsə də, Abbas Abbasovun Azərbaycan hakimiyyəti ilə 2013-cü ildə yollarının ayrılması onun qohumu və biznes ortağının da "qələminin qırılmasına” gətirib çıxarıb. 2015-ci il seçkilərində Aslan Cəfərovun adı YAP-ın deputat siyahısından çıxarılıb və təkrar parlamentə düşməsinə imkan verilməyib.
Qəzetin yazdığına görə, Abbas Abbasov qohumu Aslan Cəfərovun vasitəsi ilə cənub zonasında kifayət qədər nüfuz sahiblərindən sayılan Baş Dövlət Yol Polisi İdarəsininİmtahan-qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovla da biznes ortaqlığı qura bilib. İddialara görə, "üçlüyün” Azərbaycandan başqa Dubay, Türkiyə və Rusiyada böyük biznes şəbəkəsi mövcuddur.
Maraqlıdır ki, Müşfiq Rəhimovun adı bir müddət əvvəl məlum "MTN olayları” zamanı mətbuatda Akif Çovdarovun himayəsində olan şəxslərdən biri kimi çəkilirdi. İddia olunurdu ki, M.Rəhimov "MTN-dəki məlum qrupla əlbir xüsusi avtomobil nömrələrinin biznesinə girişibmiş və bu biznesinə toxunulmaması üçün Akif Çovdarova illik haqq verirmiş”.
Onun Çovdarova hətta dəyəri bir neçə min dollar olan "brilyant gül” suveniri hazırlatdırıb hədiyyə etdiyi də deyilirdi.
Əgər, bütün bu iddialar doğrudursa, onda belə anlaşılır ki, Abbasovun "MTN-dəki məlum qrupa” çıxışını təmin edəcək etibarlı bağı da varmış.
Azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi