15-04-2016 [17:10]
Əhalinin maddi durumunun aşağı olduğunu nəzərə alan bəzi işbazlar ölkə bazarına standartlara uyğun olmayan qida məhsulları çıxarır, yaxşı qazanc əldə edirlər.
Mia.az xəbər verir ki, məsələnin maddi tərəfi bu işbazları maraqlandırsa da, satışa çıxardıqları məhsulun insan orqanizmi üçün hansı fəsadlar törədəcəyi qətiyyən maraqlandırmır.
Aydın məsələdir ki, əhali də həmişə maddi imkanlarına uyğun olaraq ucuz malın arxasınca qaçmalı olur. Son vaxtlar xaricdə istehsal olunan və ucuz qiymətə satışa çıxarılan bitki yağları ölkə bazarını zəbt edib. Əhali aldıqları yağın keyfiyyətindən xəbərdar olmadıqlarına görə, almalı olurlar. Bilmirlər ki, bu gün pul verib aldıqları və istifadə etdikləri bitki yağı sağlamlıqlarına nə dərəcədə təsir edir.
Aparılan araşdırmalar zamanı isə məlum olub ki, bəzi bitki yağlarının qablarının üzərində qeyd olunan göstərici və standartla heç də qabın içindəki məhsulun keyfiyyəti eyni deyil.
Məsələn, mağazalarımızda satılan "Dubrava” markalı qarğıdalı yağı belələrindən hesab olunur. Etiketində Rusiyanın Krasnodar diyarında istehsal olunduğu barədə məlumat verilən bu yağın QOST 8808-2000 standartlarına uyğun gəldiyi bildirilir. Amma bu məhsul laboratoriyaya analiz olunmaq üçün verilərsə, heç də standartlara uyğun gəlmədiyi aşkar oluna bilər. Standartlara uyğun omayan məhsulun satışa çıxarılması isə birbaşa mövcud qanunvericiliyin pozulması deməkdir.
Diqqət çəkən məqamlardan biri də satışda olan və zeytun yağı kimi tanınan "Vero Greco” markalı yağlarıdır.
Bir sözlə, bu yağ bu gün zeytun yağı kimi istehlakçılara sırınmaqdadır. Amma yağdan istifadə edənlər onun dadından və qoxusundan da bunu açıq şəkildə hiss edə bilərlər ki, əsl zeytun yağı deyil. Məhsulun tərkibinin böyük hissəsi qarğıdalı yağından ibarətdir.
Amma unutmaq olmaz ki, bu cür məhsulların ölkəyə gətirilərək satışının həyata keçirilməsi istehlakçıların aldadılması ilə bərabər, onların sağlamlığı üçün də çox təhlükəlidir.
Doğrudur, həmin məhsulların ölkəyə hansı şirkətin gətirməsi ilə bağlı əlimizdə məlumat olmasa da, bu məsələ həm aidiyyəti qurumları və istehlakçıları düşündürməlidir.
Biz də növbəmizdə məsələni gündəmdə saxlayıb, bu cür məhsulları istehlakçıları aldadaraq ölkəyə gətirən şirkətlər (Artıq bu şirkət haqda bəzi məlumatlar əldə etsək də, müəyyən dəqiqləşdirmələə ehtiyac yaranıb- Mia.az) barəsində araşdırma aparıb, oxuculara ətraflı məlumat verəcəyik.
Mia.az Azərbaycan bazarında satılan və əhaliyə satılan tərkibi şübhəli olan yağlardan bəzilərinin fotolarını da təqdim edir:




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi