Yol polisi deputatı cərimələdi

img

15-04-2016 [15:14]


"Bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin təşkil etdiyi tədbirə gedirdim, Dövlət Yol Polisi əməkdaşları maşınımı saxlayıb, cərimə yazdılar. Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər”.

Bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, deputatlara qarşı bu cür münasibət yol verilməzdir: "Deputat inzibati xətaya yol veribsə, Milli Məclisə müraciət olunmalıdır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq tədbir görülməlidir”.

Deputat Fəzail Ağamalı həmkarının fikirlərini dəstəkləyib. Onun sözlərinə görə, birinci dəfə deyil ki, millət vəkillərinə bu cür hal baş verir, bunlar aradan qaldırılmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA