Ermənilərdən alınan şəhid meyitlərində işgəncə əlamətləri aşkarlanıb

img

15-04-2016 [15:19]


Azərbaycan Ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb.

Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb.
Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.

"Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb”, - deyə bəyanatda vurğulanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA