"Azercell" Bakıda "Formula-1"ə mobil xidmət göstərməyə hazırdır - Şirkətin prezidenti

img

15-04-2016 [13:57]


"Azercell" şirkəti 2015-ci ildə Azərbaycanda telekommunikasiyaların inkişafına 68 milyon manat investisiya yatırıb.

Bunu "Azercell"in prezidenti Vahid Mürsəliyev "The Business Year" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda şirkət Azərbaycanda və regionda ilk və iri LTE-şəbəkəsinə (4G) malikdir.

V. Mürsəliyev qeyd edib ki, "Azercell" Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi zamanı mobil xidmətlərini təqdim etməyə hazırdır.

O diqqətə çatdırıb ki, şirkətin əsas məqsədlərindən biri yüksək sürətli mobil internetə girişin genişləndirilməsidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA