15-04-2016 [13:22]
Azərbaycan Tibb Universitetində, Texniki Universitetdə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanuna zidd əməllər, maliyyə pozuntusu və dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb.
Bu məlumat Milli Məclisdə bu gün müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd olunub.
Hesabatda deyilir ki, obyektlərdə əməyin ödənişi ilə bağlı müvafiq normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi halları müəyyən olunub.
Belə ki, artıq və düzgün olmayaraq icra edilmiş cəmi məbləğin 95,9 faizi "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saathesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.
Qeyd olunan müəssisələr üzrə əməkhaqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradır. Ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib.
Təhlil göstərib ki, ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsində güzəşt hüququnun düzgün tətbiq olunmaması, ümumiyyətlə, təhsil haqqının alınması nəticəsində büdcədənkənar vəsaitin daxil olması təmin edilməyib. Audit tədbirləri bu istiqamətdə digər nöqsanları da aşkarlayıb. Belə ki, müxtəlif səbəblərdən ali təhsil müəssisəsindən xaric edilən tələbələrin təhsil haqqı üzrə kreditor borcunun yarandığı, təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqının tələbələr üzrə debitor borc kimi uçota alınmadığı məlum olub.
Eyni zamanda, tələbələrə təqaüdlərin ödənilməsi istiqamətində də nöqsanlar qeydə alınıb. Bəzi hallarda tələbələrə az təqaüd ödənilməsi hallarına yol verilib, təqaüd ödənilməsi üçün Təhsil Nazirliyindən alınan və istifadə olunmayan vəsaitin dövlət büdcəsinə qaytarılmayaraq qalıq kimi saxlanıldığı müəyyən olunub. Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə qeyd olunan ali məktəblərə göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.
Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb. Hesablama Palatasına verilən məlumata görə, universitetdə 2 mühasibə töhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, həmçinin 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.
Azərbaycan Texniki Universiteti tərəfindən 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi