Azərbaycan Ordusunun əsgəri zəhid olub

img

27-03-2010 [05:10]


Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın Ordusunun daha bir əsgəri şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən ?N? saylı hərbi hissəsində xidmət edən Goranboy rayon sakini, 19 yaşlı Vüqar Qabil oğlu Pənahir aldığı güllə yarasından keçinib. Bu barədə əsgərin qohumu, Goranboy şəhər sakini Kəmaləddin Sədulla oğlu Pənahir məlumat verib. Rayon Hərbi Komissarlığından əsgərin ailəsinə bildirilib ki, V. Pənahir dünən gecə aldığı güllə yarasından həlak olub. Mərhumun meyidi bu gün hərbi hissədən onun yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərinə göndərilib. Füzuli Rayonu Hərbi Prokurorluğu faktı təsdiqləyib(anspress). Qeyd edək ki, qohumlarının sözlərinə görə, V. Pənahir təxminən 4 ay bundan əvvəl də güllə yarası alaraq hospitala yerləşdirilibmiş. O, aprel ayının əvvəllərində hərbi xidmətdən tərxis olunmalı imiş. Bu gün istirahət günü olduğundan faktla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilmədik. Qeyd edək ki, martın 27-də şəhid əsgərin cənazəsi Dəliməmmədliyə gətirilərkən şəhər sakinləri 4 saatadək yolu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb. Yolu kəsən sakinlər 4 ay bundan əvvəl güllə yarası alan əsgərə biganəliyə etirazlarını bildirblər. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA