15-04-2016 [11:02]
"Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etmək hüququ var. Bu hüquqdan xalqımız və dövlətimiz lazım gələndə istifadə edəcək".
Bunu Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Ə.Əhmədov deyib ki, aprelin əvvəllərində baş verən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbə bizi çox sevindirir: "Çünki gələcəkdə münaqişənin nizama salınması üçün bütün vasitələr və imkanlar tükənsə və Azərbaycan öz torpaqlarını azad etmək üçün təbii hüququndan istifadə edib güc vasitəsinə əl atmaq məcburiyyətində qalsa, bir neçə gün əvvəl azad edilən strateji mövqelər və yüksəkliklər ordumuza əlavə üstünlüklər verəcək. Bu mənada Azərbaycan Ordusu növbəti uğurlarını qazanması üçün çox mühüm imkanlar əldə edib".
Ə.Əhmədov əlavə edib ki, ötən illərdə Azərbaycan Ordusu ən müasir döyüş texnikaları və silah-sursatlarla təchiz edilib:
"Bu illərdə döyüş qabiliyyətinin artırılması üçün bütün qoşun növlərinin iştirakı ilə çoxsaylı hərbi təlimlər keçirilib. Beləliklə də haqlı olaraq Azərbaycanın sözün həqiqi mənasında çox güclü orduya malik olması haqda müxtəlif səviyyələrdə fikirlər səsləndirilir. Bu, bizim subyektiv fikirlərimiz deyil, bütövlükdə beynəlxalq hərbi ekspertlərin gəldiyi rəylərdən ibarət olan qənaətdir. Azərbaycan Ordusu, sözün əsl mənasında güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Bu ordu torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir. Biz ötən 22 ildə problemin sülh yolu ilə, dinc vasitələrlə, diplomatik yollarla həll edilməsinə üstünlük vermişik. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, dinc vasitələrlə həll edilməsinə nail olmaqdır. Təbii ki, bu xətti yeridərkən ölkəmizin rəhbərliyinin və Azərbaycan cəmiyyətinin prinsipial mövqeyi bundan ibarətdir ki, ərazilərimizin işğal altında saxlanılması və yaxud torpaqlarımızın hansısa bir hissəsinin Azərbaycandan ayrılması aparılan danışıqların predmeti ola bilməz və gələcəkdə də olmayacaq".
Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi