Daha 2 erməni hərbçi məhv edildi

img

15-04-2016 [10:48]


Dağlıq Qarabağdakı separatçı rejim hərbi itkilər verməkdə davam edir. 

Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, aprelin 14-də gecə saat 23:20-də düşmənin işğal altında saxladığı Xocavənd rayonunda əsgər Armen Qriqoryan ölümcül yaralanıb. Erməni tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəşlə vurulduğunu iddia edib.

Bundan əvvəl isə Qarabağda düşmənin daha bir hərbçisinin məhv edildiyi haqda xəbər yayılıb.

Məlumatda qeyd edildiyinə görə, 46 yaşlı Hamlet Adjoyan təmas xəttinin şimal-şərq istiqamətində öldürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA