Krım tatarlarının liderləri ilə görüş xəbərinə rəsmi reaksiya - Prezidentin mətbuat katibindən açıqlama

img

14-04-2016 [18:54]


Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə yayılan məlumata rəsmi reaksiya verilib.

Mia.az xəbər verir ki, bu məlumata münasibət bildirən Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib:

"Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan Prezidenti çay içərkən Cəmiloğlu və Çubarov Prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA