14-04-2016 [16:58]
Aprelin 2-də cəbhədə yaranan gərginlikdən sonra ölkədə terror təhlükəsinin mümkünlüyü nəzərə alınaraq, təhlükəsizlik tədbirləri gücləndirilib, metrostansiyalarda yoxlamalar ciddiləşib.
Xüsusilə, İsrail dövlətinin öz vətəndaşlarına terror təhlükəsinin mövcud ola biləcəni ölkələrə (siyahıya Azərbaycan da daxil edilib) getməməsi barədəki xəbərdarlığı ölkəmizdə narahatlığı artırıb.Vaxtilə təhlükəsizlik orqanlarında çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, İsrail bütün dünya dövlətləri içərisində öz vətəndaşlarını ən çox qoruyan, xəbərdar edən, çəkindirici bəyanatlar verən ölkədir. Onun sözlərinə görə, radikal islamçılar olan ölkələrdə bir yəhudi fobiyası var.
"Buna görə də İsrail digər dövlətlərdən fərqli olaraq, vətəndaşlarına daha tez-tez belə çəkindirici xəbərdarlıqlar edir. Azərbaycanla İsrailin münasibətləri yaxşıdır, yəhudilərə qarşı bizim vətəndaşların heç bir kompleksi yoxdur. Sadəcə olaraq, İranla qonşu dövlətik, İranla İsrailin münasibətləri bəllidir. İsrail dövlətinin kəşfiyyatı güclü olduğu üçün hansısa bir informasiyanı əldə etdikdə, dərhal xəbərdarlıq yayır. Bir neçə dövlətin, o cümlədən Azərbaycanın adı çəkilib. Burada xüsusi ajiotaj yoxdur”.
İ.İsmayıl qeyd edib ki, dünyanı terror dalğası bürüdüyü bir zamanda təhlükəsizlik tədbirlərinin aparılması, ciddi yoxlamalar hər zaman olmalıdır.
"Hansı ölkənin xəbərdarlıq etməsindən asılı olmayaraq, təhlükəsizlik tədbirləri görülməlidir. Konkret olaraq indi yüksək fazada məlumat daxil olub. Görünür konkret informasiyalar var, bizim orqanlara xəbər veriblər, dövlətin yüksək fazısı məlumatlanıb. Bu məqsədlə də işlər görülür. Lakin xəbərdarlıq hələ terror demək deyil. Şübhələr yaranır və bununla əlaqədar dövlət vətəndaşlarına xəbərdarlıq etməyə borcludur”.
Keçmiş MTN-çi qeyd edib ki, Azərbaycan terrorun hədəfində olan dövlətdir.
"Bizim Ermənistan kimi düşmənimiz var və onlar terroru dəstəkləyən millət və dövlətdir. Son günlər cəbhədə baş verən hadisələrdən sonra erməni terroru nədən gözlənilməsin? Çünki bizə olan münasibət, təzyiq ortadadır. Yeri gələndə dövlət səviyyəsində olmasa da, hansısa ölkənin himayə etdiyi terror qrupları var. Onların vasitəsilə bizə təzyiq edə bilərlər. Azərbaycanın vəziyyəti Lüksemburq, Lixtenşteyndə olduğu kimi deyil. Geopolitik nöqteyi-nəzərdən terrorçuların, tək radikal islamçıların deyil, erməni terrorunun və qonşu dövlətlərin hədəfi olan dövlətik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi