Mehriban Əliyeva Ərdoğanın xanımı ilə bir arada! - FOTOLAR

img

14-04-2016 [16:18]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısına qatılan prezidentlərin həyat yoldaşları ilə görüşüb.

Anadolu Agentliyini xəbər verir ki, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Əminə Ərdoğan qonaqlarını Lütfi Kırdar Konqres Mərkəzinin girişində qarşılayıb.

Qonaqları ilə tək-tək görüşən Əminə Ərdoğanın Mehriban Əliyeva və Meral Akıncı (Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının həyat yoldaşı) ilə söhbəti diqqət çəkib.

Daha sonra Ə. Ərdoğan və qonaqları "Ümidin rəngləri” adlı rəsm sərgisinə baxıblar(Qafqazinnfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA