14-04-2016 [13:20]
"Mən Vətəndən uzaqlarda ölkəmizdə baş verənləri dərin bir həyəcan və narahatlıqla izləyirəm. Bu çətin günlərdə özümü xalqımın yanında hiss edirəm, şəhid ailələrinin acılarını öz ağrım kimi duyuram".
Mia.az xəbər verir ki, bu sözlər bəstəkar Cavanşir Quliyevin Axar.az-a göndərdiyi məktubunda əksini tapıb.
Hazırda cəmiyyətimizin milli birliyə, həmrəyliyə hava və su kimi ehtiyacı olduğunu vurğulayan C.Quliyev AzTV sədri Arif Alışanovun tanınmış media mütəxəssisi, professor Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasından təəssüf hissi keçirdiyini yazıb:
"Ölkəmizdə nüfuzlu bir ziyalıya qarşı davam edən məhkəmə olaylarına görə çox üzülürəm. Düşünürəm ki, nə baş verib? Mahiyyətcə, heç nə! Peşəkar bir televiziya mütəxəssisi büdcədən maliyyələşən, amma tamaşaçı etimadı qazanmayan bir telekanalı və onun rəhbərini tənqid edib. Guya ki, dünya dağılıb!”.
Q.Məhərrəmliyə qarşı təşkil edilən tənqidləri qəbul etmədiyini bildirən tanınmış bəstəkar onu uzun illərdir tanıdığını vurğulayıb:
"Tam əminliklə deyə bilərəm ki, müstəqillik dövründə o, Azərbaycan teleməkanında ortaya çıxmış azsaylı səviyyəli jurnalistlərimizdən biridir. Son 25 ildə ölkəmizdə baş verən siyasi burulğanlar şəraitində AzTV kimi mürəkkəb bir yerdə çalışaraq, həmışə üzdə olmaq, ekrana çıxan bir adam kimi vicdanını, tərəfsizliyini və ədalət hissini itirməmək az-az şəxsiyyətlərə nəsib olur.
Heç kim dana bilməz ki, Q.Məhərrəmli TV tariximizdə iz qoymuş peşəkarlardan biridir. "7 gün” və "Səhər” kimi veriliş formatlarını yaradıb, "Təfsilat”la gerçək müəllif proqramının necə olduğunu göstərib. Dövlət əhəmiyyətli tədbirlərdən, tarixi-siyasi günlərdə Şəhidlər Xiyabanından apardığı canlı reportajlarda təkrarsız ustalıq nümayiş etdirib. İllərlə AzTV-də siyasi icmalçı və proqram rəhbəri kimi çalışıb, peşəkarlığı və dürüstlüyü ilə, obyektiv təhlilləri və ictimai əxlaqa xidməti ilə insanların rəğbətini qazanıb. Siyasi məsləkindən asılı olmayaraq, iqtidarda da, müxalifətdə də Q.Məhərrəmliyə ona görə hörmətlə yanaşırlar ki, bu adam peşəkardır, ləyaqətlidir, vicdanlıdır, xalqını və dövlətini sevəndir, cəmiyyətin problemlərini qərəzsiz bir şəkildə dilə gətirəndir. Mən milli mətbuatımızın banisi Zərdabinin arzuladığı Azərbaycan jurnalisti obrazını məhz Q.Məhərrəmlinin timsalında görürəm”.
AzTV-də 20 il çalışdığını bildirən bəstəkar Arif Alışanovu da uzun illərdir tanıdığını, onunla ünsiyyətinin də olduğunu xatırladıb:
"Heç vaxt A.Alışanovun ictimai məsələlərlə, televiziya verilişləri və ya bədii sənətlə maraqlandığının, yaxud bunlar haqda hansısa fikir söyləməsinin şahidi olmamışam. İndi onun tənqidə və peşəkarlıq söhbətlərinə belə ağrılı yanaşmasını anlaya bilmirəm”.
C.Quliyev bildirib ki, bir məmurun tənqidə dözümsüz yanaşması hansısa ciddi problemlərin mövcudluğu anlamına gəlir:
"Məncə, məhkəmə prosesi həmin problemləri açıq şəkildə qabardacaq. Bu mənada mən məhkəmə məsələsinə, büdcədən milyonlarla vəsait alan, amma tamaşaçı auditoriyası toplaya bilməyən, auditoriyanın etimadını qazana bilməyən bir televiziyanın probleminin ictimailəşməsinə yaxşı baxıram”.
C.Quliyev sonda tanınmış ziyalıların və ictimai xadimlərin Q.Məhərrəmliyə dəstək olmasına sevindiyini, medianın bu sınaqdan da üzüağ çıxacağına inandığını ifadə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi