Əliyevlə Ərdoğan yenə də qucaqlaşdılar - FOTOLAR

img

14-04-2016 [13:15]


Xəbər verdiyimiz kimi, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısı keçirilir.

Sammitə 30-dan çox ölkənin lideri qatılıb. Onlar arasında Azərbaycan prezidenti İlham Əliyev, Səudiyyə Ərəbistanının kralı Səlman ibn Abdulaziz Əl-Suud, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Təmim Bin Hamad Al Sani də var.

Liderlər zirvə toplantısına qatılmaq üçün səhər saatlarından etibarən İstanbul Konqres Mərkəzinə gəlib.

Ərdoğan iştirakçıları şəxsən qarşılayıb. Türkiyə prezidenti liderlərlə tək-tək salamlaşaraq qısa müddət ərzində söhbət də edib.

Lakin Ərdoğanın İlham Əliyevlə qucaqlaşaraq salamlaşması diqqət çəkib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA