"..qorxu və vahimə içindədirlər" - Müdafiə Nazirliyi erməniləri ifşa etdi

img

14-04-2016 [12:09]


Müdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir:

 "Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA